Əməkdar jurnalist direktor təyin edildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yeni təyinat olub.

ONN media xəbər verir ki, əməkdar jurnalist Yunis Orucov kanalın İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib. O, bu vəzifədə Tural Məmmədovu əvəzləyib. 

Qeyd edək ki, Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.