BDU-nun mətbuat katibi vəzifəsindən ayrıldı

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva vəzifəsindən ayrılıb.

ONN media  xəbər verir ki, bu barədə G.Orucəliyeva sosial şəbəkə səhifəsində yazıb.

O, bundan sonrakı fəaliyyətini BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyini bildirib.