Eldar Həsənov bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.

ONN media Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeh Mehrəliyev xəbər verib.

Vəkil bildirib ki, şikayət ərizəsində müvəkkili barəsində bəraət qərarı verilməsini istəyiblər.

Həmçinin məhkəmədən onun əmlakları üzərindən həbsin götürülməsi xahiş olunub.