Dövlət Agentliyində yeni kadr təyinatı olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

ONN media report-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Pərvin Baxşəliyeva Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl qurumda koordinator vəzifəsində çalışıb.