Bakıda bu yolda hərəkət edən sürücülərin nəzərinə

Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.