Nazir Çevik Polis Alayının qərargah rəisini işdən çıxartdı

Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib.

ONN media xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb

Əmrə əsasən, o, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.