Azərbaycanlı deputatlar sabah İrəvana gedir

Fevralın 22-də Ermənistanın  paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. 

ONN media xəbər verir ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.