ŞOK: Gəncədə 23 yaşlı oğlan bıçaqlandı – PubG oyununa görə

Gəncədə 23 yaşlı Rəvan Məmmədovu bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən İlkin Zülfüqarovu saxlayıb.

İlkin versiyaya görə, onlar arasında mübahisə PubG oyunu üstündə yaranıb.  

Faktla bağlı araşdırma aparılır.