Sabah Novruzun ilk çərşənbəsidir

Sabah, yəni fevralın 22-i Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq. 

ONN media  xəbər verir ki, sabah Su çərşənbəsidir. 

Fevralın 22-də ilk – Su çərşənbəsi, martın 1-də Od çərşənbəsi, martın 8-da Hava (Yel) çərşənbəsi, martın 15-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd ediləcək. 

Qeyd edək ki, bu il yaz fəsli yurdumuza martın 20-də daxil olacaq.