Polisdən əməliyyat – Külli miqdarda heroin müsadirə edildi

Samux sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Mahir Mehrəliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.