Prezidentdən müttəfiqlik bəyannaməsi ilə bağlı AÇIQLAMA

Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə gələcək üçün böyük perspektivlər açır.

ONN media xəbər verir ki, bunu fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.