Koronavirusa yoluxanların sayı kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.