Azərbaycana 1200 doza “Turkovac” gətirildi

Azərbaycana 1200 doza “Turkovac” vaksini gətirilib.

ONN media  xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O bildirib ki, hazırda həmin vaksinlər ölkədədir.

Qeyd edək ki, Azərbaycanda “Turkovac” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.