Təhsil Nazirliyindən Novruz tətili açıqlaması: bu tarixlərdə dərs olacaq

5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-idir.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib. O bildirib ki, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır.