8 aydır itkin düşən oğullarını indi axtarırlar

Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan 21 yaşlı Böyükağa Ruslan oğlu Nəzərov ötən ilin sentyabrında yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Ailəsi aylarla onun qayıdacağına ümid etsə də, nəticəsiz qalıb. Övladlarından 8 ay xəbər çıxmayan ailə indi polisə müraciət etmək qərarına gəlib.

Daxil olan müraciət əsasında Qaradağ polisi axtarışlara başlayıb.