Prezident Misirdəki konfransın yekun aktlarını təsdiqlədi

Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əş-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.