Nazirdən yeni təyinat

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

ONN media  xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Sənan Famil oğlu Mənsimli təyinat alıb. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.