Mehriban Əliyevadan Ramazan bayramı ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Ramazan bayramı münasibətilə növbəti paylaşım edib.

Mehriban Əliyeva sosial şəbəkə hesabında sosial xidmət müəssisəsinin sakinləri üçün Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimindən fotolar paylaşaraq, “Allah orucunuzu qəbul etsin!” yazıb.