Özünü dənizə atan şəxsi FHN xilas etdi

Bakıda bir nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.