NATO-dan yeni strategiya: Rusiyanı dərhal təhlükə kimi…

NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyası Rusiyanın davranışını “qaçılmaz təhlükə” kimi təyin edə bilər.

Bu barədə “Bloomberg” NATO rəsmisinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, sənəddə Çin və onun Rusiya ilə münasibətləri də qeyd olunacaq. Bundan əlavə, təcavüzə məruz qalan qonşu ölkələrə daha effektiv dəstək müzakirə olunacaq.

“Müttəfiqlər, ehtimal ki, Moskvanın davranışı dəyişərsə, münasibətlərin bərpası imkanlarını açıq buraxacaqlar”, – NATO rəsmisi deyib.

Qeyd edilir ki, 2010-cu ildən strategiyanın əvvəlki variantında Rusiya “tərəfdaş” kimi göstərilmişdi, indi bu ifadə çıxarılacaq.