Abşeronda birmərtəbəli ev yandı

Abşeron rayonunun Nübar adlanan yaşayış massivində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.