İşğalçılar insanlığı düşmən kimi müəyyənləşdiriblər – Zelenski

Xarkov vilayəti. Lozovaya şəhəri. Yenicə bərpa edilmiş Mədəniyyət Evinə Rusiyanın raket zərbəsi. 7 nəfər xəsarət alıb, içlərində 11 yaşlı uşaq da var.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Lozovaya şəhərinə endirdiyi raket zərbəsini şərh edərkən deyib.

“İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdiriblər və onları vurmaq üçün nə raketlərinə, nə də bombalarına heyfləri gəlir. Belə hədəfləri seçən insanların başında görəsən nə var? Mütləq pislik, mütləq axmaqlıq”, – Zelenski qeyd edib.