Rusiya hücum etməzdən az öncə… – Zelenski

Mən Rusiyanın tammiqyaslı hücumu haqda 24 fevraldan öncə siqnal almışdım.

ONN media xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski telemarafonda çıxışında deyib.

O bildirib ki, müharibədən az öncə o, iclasdan çox gec çıxıb və evə gedib:

“İclasda hücum olacağı təqdirdə ölkənin maliyyə funksionallığı ilə bağlı müzakirələr aparırdıq.

Mən ilk atəşdən az öncə artıq siqnal aldım. Hücum hazırlığı başlayanda biz də hazırlaşırdıq: kəşfiyyat, hərbçilər izləyirdi və biz anlayırdıq ki, hansı istiqamətdən hücum riski ola bilər. Buna görə də hücum atəşi başlayandan az öncə mənə xəbər verildi və mən işə qayıtdım”.