Əliyev və Ərdoğan “Türk ulduzları”nın çıxışlarını izləyirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Teknofest Azərbaycan festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” və “Solotürk” qruplarının nümunəvi çıxışlarını izləyirlər.

ONN media  xəbər verir ki, aviaşounu izləyənlər arasında “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraqdar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da var.