Ukrayna sülh üçün şərtlərini açıqladı

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə sülh danışıqları üçün şərtlər irəli sürüb.

ONN media xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Dərhal atəşkəs. Z-qoşunlarının Ukraynadan çıxarılması. Qaçırılan vətəndaşların geri qaytarılması. Hərbi cinayətkarların ekstradisiyası. Təzminat mexanizmi. Ukraynanın suveren hüquqlarının tanınması…”, – o, qeyd edib.

Podolyak bildirib ki, Rusiya Federasiyası Ukraynanın şərtlərini yaxşı bilir. Vaxt gələcək və onlar kağız üzərində də öz əksini tapacaq.