SON DƏQİQƏ: Hərbiçimiz vəfat etdi

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

ONN media xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.