Bu gün 38 dərəcə isti olacaq

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ONN media-ya məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq