“Sunset”dəki partlayışla bağlı şok açıqlama

Xəbər verdiyimiz kimi, “Sunset” restoranında dəhşətli partlayış baş verib.

ONN media xəbər verir ki, bununla bağlı Manşet.az-a açıqlama verən restoranın adminstratoru İbrahim Əliyev yaralıların olduğunu bildirib.

“İşçinin əlindəki siqaretlə qaz balonunu açması nəticəsində partlayış baş verib. Üç işçimiz müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

Qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdirilib.