Temperatur 5 dərəcə aşağı düşəcək

Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu barədə ONN media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir:

“Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir”.