Energetik içkilərin hansı fəsadları var?

Uzun müddət energetik içki qəbul edən şəxslərdə mədədə eroziya, xoraların əmələ gəlmə ehtimalı yüksəkdir”.

ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

O xatırladıb ki, həmin içkilərin tərkibində şəkər qatqıları və kofein miqdarı çox olur: “Elmi araşdırmaların nəticəsi olaraq məlum olub ki, hətta bu içkilər mədə xərçəngi riskini meydana çıxara bilər. Bununla yanaşı, kofeinlə zəngin içkilər ürək çatışmazlığı, həm də qəfil ölümlərə gətirib çıxara bilər”