Azərbaycanda mina aşkarlayan robot hazırlandı

“ADEX” sərgisində Azərbaycanda hazırlanmış mina aşkarlayan robot nümayiş olunub.

ONN media xəbər verir ki, mina aşkarlayan robot “İmprotex İndustries” şirkəti tərəfindən hazırlanıb.

Robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub və ötən həftə sınaqdan keçirilib.