Azərbaycan 5 erməni hərbçini təhvil verib

Azərbaycan Ermənistana 5 hərbçini artıq təhvil verib.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar artıq Ermənistandadır.

Hazırda Ermənistanda olan “əsir”lərin adı da açıqlanıb: Martin Aqramanyan, Aşot Gevorkyan, Feliks Qriqoryan, Varazdat Manukyan və Edik Ovsepyan.

Qeyd edək ki, təhvil verilənlər 10 noyabr 2020-ci il bəyanatından iki həftə sonra Azərbaycan ərazisinə diversiya məqsədi ilə keçən erməni silahlılarıdır. Onlar “hərbi əsir” sayılmır və sərhədi pozma və yaxud terror fəaliyyəti həyata keçirmədə ittiham olunaraq, həbs edilmişdilər.