Prezident anons verdi: Hərəkətə keçməyin vaxtıdır

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.

ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

O qeyd edib ki, bugünkü görüş regional məsələlərə həsr olunub:

“Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.