“Whatsapp”dan daha bir yenilik

WhatsApp” istifadəçilərə “Android” əməliyyat sistemində olan planşetləri mövcud “WhatsApp” hesabına əlaqələndirməyə imkan verəcək versiyasını istifadəyə verib.

ONN media xəbər verir ki, yeni funksiya sayəsində, nəhayət, ikinci dərəcəli telefon nömrəsi istifadə etmədən planşetdə “WhatsApp”dan istifadə etmək mümkün olacaq.

Bu funksiyanın bütün istifadəçilərə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil