İctimai nəqliyyat pulsuz olsun- Deputatdan təklif

Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın gündə, heç olmasa, 2 dəfə pulsuz olmasını təkil edirəm.

ONN media xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Bakıda tıxac probleminin qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır:

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur. İctimai nəqliyyat təşviq edilməlidir”.