Pelenin ölüm səbəbi rəsmən açıqlandı

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili orqanların çatışmazlığı olub.

Bu barədə Albert Eynşteyn Klinikasının rəsmi bülletenində deyilir.

“Albert Eynşteyn Klinikası rektum xərçənginin mənfi dinamikası və [xəstənin] klinik vəziyyəti nəticəsində daxili orqanların çatışmazlığı səbəbindən dekabrın 29-da saat 15:27-də Pelenin ölüm xəbərini təsdiqləyir”, – açıqlamada deyilir