Bakının bu ərazilərində BÖYÜK SÖKÜNTÜ BAŞLADI

Bakıda Nərimanov rayonu ərazisində yerləşən 2 bloklu binalardan birinin söküntüsü başlayıb.

ONN media xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Sakinlər bildirib ki, blokun birinin sakinləri ilə razılığa gələn söküntü işlərini icra edən şirkət söküntünü həyata keçirir. Digər blokun sakinləri ilə razılaşmayan şirkət rəsmiləri binanın yarısının söküntüsünu icra edir.

Arif Heydərov 2 ünvanında yerləşən binada aparılan söküntü işləri digər sakinlərinin etirazı ilə qarşılanıb. Belə ki, sakinlər deyir ki, onlarla razılaşmadan aparılan söküntü işləri həyatlarını iflic edib və böyük çətinliklər yaradıb