İlham Əliyevin Türkiyə səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri martın 16-da başa çatıb.

ONN media xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.