Sülhməramlılar Rusiya vətəndaşını niyə Qarabağdan təxliyə etdi?

Rusiya sülhməramlıları səkkizi uşaq daxil olmaqla 28 Rusiya Federasiyası vətəndaşını Qarabağdan təxliyə ediblər.

ONN media xəbər verir ki, bu barədə “Peacekeeper” Teleqram kanalı məlumat yayıb.

“Əldə edilmiş razılaşmalar çərçivəsində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları əvvəllər Qarabağ ərazisinə gəlmiş Rusiya vətəndaşlarının təxliyyəsini həyata keçirib”, – məlumatda deyilib.