ONN İnformasiya Agentliyi

Kolbasa alarkən bunlara diqqət edin!

Kolbasa alarkən bunlara  diqqət edin!
13 Aprel 2023 - 10:37

Tərkibində ət olmayan kolbasa məmulatları barədə araşdırma ölkədə sensasiya yaratdı. Sosika-kolbasa məmulatlarının inqredientlərlə hazırlanması barədə, eləcə də halal olmaması kimi məlumtlar tez-tez danışılsa da, əhəmiyyət verillmirdi. AQTA bu məsələdə başqa faktları da ortaya çıxardı.

ONN media xəbər verir ki, bu barədə ən çox mübarizə aparan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, insanların kolbasanı ayırd etməsi o qədər də asan məsələ deyil.

“Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər”, – deyə ekspert qeyd etdi.

E.Hüseynov əlavə etdi ki, əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png