ONN İnformasiya Agentliyi

“Qarabağ” və “Sabah” buna görə cərimələnib

“Qarabağ” və “Sabah” buna görə cərimələnib
20 Aprel 2023 - 13:32

AFFA İntizam Komitəsi “Sabah” və “Qarabağ” klublarını azarkeşlərinə görə cərimələyib.

ONN media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna komandalar arasında oynanılmış Premyer Liqanın XXX tur oyununda baş verənlər səbəb olub.

Komitə meydana kənar əşyaların atılması ucbatından hər iki kluba 1600 manat cərimə kəsib.

“Sabah” meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat, Yanğından mühafizə xidməti maşınının gecikməsinə görə isə 400 manat ziyana düşüb.

“Qarabağ” fanatları sözügedən görüşdə 155 oturacağı sındırıblar. Qərara əsasən, dəymiş zərər “köhlən atlar” tərəfindən ödənilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png