Barmaqlarımızı şaqqıldadanda niyə səs çıxır?

Barmaqları şaqqıldatmaq sümüklərə heç bir ziyan vurmur.

ONN media xəbər verir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov məlumat verib.

Onun sözlərinə görə, barmaqların şaqqıldadılmasının artrit və ya gələcəkdə əllərin əsməsinə səbəb olması fikirləri tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur: “Bizim eşitdiyimiz şaqqıltı səsi sadəcə oynaq daxili mayede olan qazların təzyiqin azalması nəticəsində partlamasıdır. Oynaqda maye var. Barmağımızı dartdıqda təzyiq azaldığı üçün həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır”.