Geomaqnit qasırğası gözlənilir – Rəsədxana

Hal-hazırda geomaqnit sahəsi sakitdir.

ONN media xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may – 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir//metbuat.az