Ərdoğanın andiçmə mərasimində Din Çjunli iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Din Çjunli iştirak edəcək.

ONN media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi sabah Türkiyə Böyük Millət Məclisində keçiriləcək.