Belqoradda təcili iclas keçirilir

Belqorod meriyası məhdud tərkibdə operativ qərargahın iclasını keçirib.

ONN media xəbər verir ki, bu barədə Belqorod meri Vyaçeslav Qladkov deyib.

“Dövlət və bələdiyyə orqanlarının iştirakı ilə məhdud tərkibdə operativ qərargahın iclası keçirilib”, – Qladkov Telegram kanalında yazıb.

Qeyd edək ki, Ukrayna diversantlarının Şebekino rayonuna hücumu nəticəsində regionda vəziyyət xeyli gərginləşib. Rusiya bölmələri hücumun qarşısını almağa çalışır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et