Məşhur gürcü şousunda “Ay Laçın” səsləndirildi

Gürcüstanın “Birinci Kanalı”nın efirində Azərbaycanın xalq mahnısı “Ay Laçın” səsləndirilib.

ONN media xəbər verir ki, mahnı Anastasiya Vasadze tərəfindən “Ranina” televiziya uşaq müsabiqəsində ifa edilib.

Qeyd edək ki, sözügedən şouda daha əvvəl Xalq artisti Polad Bülbüloğlunun “Aman ayrılıq” mahnısını da oxunub.