2 erməni hərbiçi ilə bağlı məlumat göndərildi

Azərbaycan iki erməni hərbçi ilə bağlı məlumatları Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib.

ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Bu gün biz AİHM-dən Azərbaycanın təqdim etdiyi məlumatları, o cümlədən tibbi sənədləri və saxlanma şəraiti ilə bağlı təfərrüatı aldıq. Ermənistan bu məlumat və sənədlərlə bağlı mövqeyini iyunun 16-dək Avropa Məhkəməsinin müəyyən etdiyi vaxt çərçivəsində təqdim edəcək”, – məlumatda bildirilib.