ONN İnformasiya Agentliyi

Tənhalıq epidemiyası: SƏBƏBLƏRİ

Tənhalıq epidemiyası: SƏBƏBLƏRİ
09 İyun 2023 - 18:22

Tənhalıq ilə bağlı sorğuda iştirak edən avropalıların 13 faizi ən çox və ya hər zaman tənha hiss etdiklərini bildiriblər.

ONN media xəbər verir ki, Avropa Komissiyasının tənhalıqla bağlı sifariş etdiyi yeni araşdırmaya görə, Avropa Birliyi ölkələrində yaşayan hər 10 nəfərdən biri vaxtının çox hissəsini tək keçirir.

Covid-19 pandemiyası zamanı uzun müddətli qapanmalardan sonra Avropada “tənhalıq epidemiyasını” anlamaq üçün keçirilən sorğuda 25 min insan iştirak edib.

Sorğunun nəticələrini qiymətləndirən hesabata görə, tənhalığın ən çox yaşandığı ölkə İrlandiya olub və respondentlərin 20 faizi özünü tənha hiss etdiyini bildirib.

Yalnızlığın ən aşağı olduğu ölkələr 9-10 faizlə Hollandiya, Çexiya, Xorvatiya və Avstriya olub.

Geniş ailə və dostların ümumi olduğu Aralıq dənizi ölkələrində nəticələr təəccübləndirib.

Bu ölkələr arasında 9-10 faizlə tənhalığın ən az hiss edildiyi ölkə İspaniya olsa da, İtaliya və Portuqaliyada tənha hiss etdiyini söyləyənlərin nisbəti 12-13 faiz, Fransada isə 14-18 faiz arasındadır.

Yunanıstan və qonşusu Bolqarıstanda özünü tək hiss edənlərin nisbəti 16-17 faizə yüksəlib.

Hesabatda tənhalıqda insanın həyatı ilə yanaşı, mədəni amillərin də mühüm rol oynadığı aşkarlanıb.

Əlverişli iqtisadi vəziyyətlər, eləcə də sosial qarşılıqlı əlaqələrin kəmiyyət və keyfiyyəti tənhalığın qarşısının alınmasında əsas rol oynayır.

Hesabatda həmçinin qeyd olunub ki, sosial mediadan çox istifadə də tənhalığın artması ilə əlaqələndirilir.

Yaşlılara nisbətən gənclər arasında tənhalığın daha çox olduğunu müəyyən edən sözügedən hesabatda bildirilib ki, sosial şəbəkələr üzərindən ünsiyyətə meyilliliyin artması da öz növbəsində insanları daha çox tənhalığa öyrəşdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png