ONN media xəbər verir ki, iqtisadçı alim, hüquqşunas, Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayılın “Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən amillər” adlı növbəti elmi monoqrafiyası “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru, iqtisad elmləri doktoru Əhməd Məmmədovdur.
Monoqrafiyada dövrlər üzrə Azərbaycan Respublikasında iqtisadi inkişaf yolları, o cümlədən sənaye sahələrinin, sahibkarlığın inkişafı və vergi münasibətlərinin təkmilləşdirilməsi yollarının konkret elmi əsasları təqdim edilib.
Tədqiqatların ana xətti vergi mexanizminin formalaşmasının nəzəri əsasları, Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu, sahibkarlıq fəaliyyətinin və vergi sisteminin formalaşması, sahibkarlığın innovativliyi zərurəti, səmərəli milli vergi sisteminin qurulması, rəqabətə davamlılığın vergi siyasətində rolu və bir sıra digər məsələlərə həsr olunub.
Monoqrafiya elmi araşdırmalar, o cümlədən, elmi işçilər, aspirantlar, və dissertantlar üçün nəzərdə tutulmuşdur.