İlham Əliyev Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edib.

ONN media xəbər verir ki, dəyişikliklə Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olub.

Habelə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Komissiyaya daxil edilib.